SON DƏQİQƏ

"Yalı çapkını" serialında ŞOK ayrılıq

Tarix:

11-08-2023, 09:23

/ 1 719 dəfə oxundu.
"Yalı çapkını" serialında ŞOK ayrılıq

"Yalı çapkını" serialının yeni mövsümündə Pelin obrazını canlandıran aktrisa Buçe Buse Kahraman rol almayacaq.

Aktrisa yeni serial və film danışıqlarını dəyərləndirməyə başlayıb.

Məlumat üçün bildirək ki, Tarık və Saffet obrazını canlandıran aktyorlar - Baran Bölükbaşı ilə Ediz Akşehir ikinci mövsümdə layihədə olmayacaq. Həmçinin onların ailə üzvlərini oynayan aktyorlar da ssenariyə əsasən yeni mövsümdə serialda rol almayacaq.

Halis Ağa rolunu oynayan 78 yaşlı aktyor Çetin Tekindorun da serialdan uzaqlaşacağı deyilsə də, bu barədə dəqiq bir qərar verilməyib.

Serialda yer alacaq yeni obrazlardan biri isə Halis Ağanın nəvəsi olacaq. Hələ adı məlum olmayan obrazı Taro Tekinin oynayacağı iddia edilib. Halis Ağanın qızını isə aktrisa Binnur Kayanın ifa edəcəyi deyilir.
скачать dle 12.1

Şərhlər