Mingəçevirdə kişi özünü Kür çayına atdı
Mingəçevirdə intihara cəhd olub.
GünAz.az xəbər verir ki, 1954-cü il təvəllüdlü şəhər sakini Bayramov Qəzənfər Əlləz oğlu özünü Kür çayı üzərindəki körpüdən çaya atıb.
Q. Bayramov xəstəxanada həkim nəzarəti altındadır.
Qeyd edək ki, batmaqda olan kişini iki gəzinti qayığını idarə edən şəxslərin çevik müdaxiləsi nəticəsində xilas etmək mümkün olub.
Qayıqçılar Qardaşəli İmanov və Fərid Əkbərovun birgə səyi nəticəsində Q. Bayramov sudan çıxarılıb.