Bakıda ağır qəza: Sərnişin öldü

Bakıda ağır qəza: Sərnişin öldü

Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a bildiriblər ki, Nəsimi rayonunun H.Ələsgərova küçəsində Bakı şəhər sakini R.Şərifovun idarə etdiyi “Opel” və İmişli rayon sakini N.Bağırovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər toqquşub. Nəticədə N.Bağırovun avtomobilində olan sərnişinlərdən Astara rayon sakini Əli Səmədullazadə hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt