39 yaşlı kişi arvadının BOĞAZINI KƏSDİ - Polisə özü xəbər verdi - FOTO
Türkiyənin Yalova şəhərində İran əsilli 39 yaşlı Abdulmuhammet A. qısqanclıq zəmnində aralarında baş verən mübaisə sonrası həyat yoldaşı 35 yaşlı Seher A.-nı boğazından bıçaqlayaraq öldürüb.
Abdulmuhammet hadisə sonrası polisə gedərək könüllü təslim olub.
Hadisə dünən gecə saatlarında baş verib.
Abdulmuhammet A.-nın dindirilməsinin davam etdiyi bildirilir.
Digər yandan cütlüyün biri 4 və 11 yaşında uşaqları da var. Qanlı olay zamanı uşaqların evdə başqa otaqda olduqları məlum olublar.