Bakıda mağaza vitrinindən qızıllar oğurlandı

Bakıda mağaza vitrinindən qızıllar oğurlandı

Bakıda mağazanın vitrinindən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) GunAz.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri keçirib.

Əməliyyat nəticəsində sentyabrın 6-da rayon ərazisindəki mağazaların birinin vitrinindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Aslanov saxlanılıb.

скачать dle 12.1
Geri qayıt