Hacıqabulda “Ford” aşdı, yaralılar var

Hacıqabulda “Ford” aşdı, yaralılar var

Hacıqabulda avtomobilin aşması nəticəsində dörd nəfər xəsarət alıb.

GunAz.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə  rayonun Qubalı-Baloğlan kəndində baş verib. 

“Ford” markalı avtomobilin idarəetməni itirib aşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt