ABŞ-da atışma nəticəsində yeddi nəfər həlak olub
ABŞ-ın Corciya ştatının Atlanta şəhərindən keçən avtomobildən açılan atəş nəticəsində yeddi nəfər xəsarət alıb.
GunAz.az bildirir ki, bu barədə yerli telekanal WSB-TV bildirib.
Polis yerli vaxtla səhər saatlarında baş verən atışma nəticəsində yeddi nəfərin xəsarət aldığını təsdiq edib. Həlak olanlar yoxdur.
Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Cinayətkarlar hadisə yerindən qaçıblar.Trend