Cəlilabadda ana və qızını öldürən şəxsə ömürlük həbs

Cəlilabadda ana və qızını öldürən şəxsə ömürlük həbs

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ana və qızını öldürməkdə təqsirləndirilən Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb. 

GunAz.az-ın xəbərinə görə, məhkəmənin hökmü ilə Y. Bayramov ömürlük azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il avqustun 29-da gecə saatlarında Cəlilabad rayonunun Qarazəncir kəndində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Y.Bayramov həmkəndliləri - 1932-ci il təvəllüdlü Firuzə Əsgərova və onun qızı, 1972-ci il təvəllüdlü Sənubər Əsgərovanı qətlə yetirib. Hadisə yerindən qaçan Y.Bayramov Bakıda saxlanılıb.

скачать dle 12.1
Geri qayıt