Psixotrop dərmanlar satan şəxs saxlanıldı - Foto
Ağdaş rayonunda narkotik vasitələrin, eləcə də güclü təsiredici xüsusiyyətə malik dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məğul olan şəxs ələ keçirilib.
GunAz.az DİN-ə istinadən xəbər verir ki, bununla bağlı şəhər sakini 38 yaşlı Alim Quliyev saxlanılıb. Onun başqa bir şəxsə psixotrop tərkibli 2 ədəd “Tramadol” həbini satmaq istədiyi müəyyən olunub. A. Quliyevin yaşadığı evə də baxış keçirilib.
Baxış zamanı oradan 12,26 qram qurudulmuş marixuana, 360 ədəd “ Tramadol” və 12 ədəd “Pregabalin” adlı güclü təsiredici xüsusiyyətə malik dərmanlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.