Sumqayıtda qadın bıçaqlanıb

Sumqayıtda qadın bıçaqlanıb

Sumqayıt şəhərində qadın bıçaqlanıb. 

Bu barədə GunAz.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, yanvarın 23-də saat 6 radələrində Sumqayıt şəhər Polis idarəsinin 4-cü polis bölməsinə şəhər sakini olan bir qadının bıçaq xəsarəti ilə xəstəxanaya gətitilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla bıçaq xəsarətinin münaqişə zəminində yetirildiyi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır. 

скачать dle 12.1
Geri qayıt