Ermənistanda rus hərbiçiləri arasında güllələnmə

Ermənistanda rus hərbiçiləri arasında güllələnmə

Rusiya hərbçisi ehtiyatsızlıqdan əsgər yoldaşını öldürdüyü üçün intihar edib.

Gunaz.az xəbər verir ki, bu məlumatı Rusiya mətbuatları yayıb.

Hadisə oktyabrın 23-də Ermənistanın Alaqyaz poliqonunda baş verib. Müddətdən artıq xidmət edən (MAXE) əsgər təlimdən qayıtdıqdan sonra silahı təhvil verən zaman təhlükəsizlik tələblərini kobud şəkildə pozub və avtomatdan qeyri-ixtiyari atəş açıb. Bu zaman digər MAXE ölümcül yaralanıb və dünyasını dəyişib.

Bildirilir ki, hərbçi etdiyi əməldən və məsuliyyətdən qorxduğu üçün intihar edib.

скачать dle 12.1
Geri qayıt