Balaxanıda qayın yeznəsini və onun qardaşını bıçaqlayıb

Balaxanıda qayın yeznəsini və onun qardaşını bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 Xəbər verilir ki, hadisə Sabunçu rayonumda qeydə alınıb.
Belə ki, Balaxanı qəsəbəsində şahidin dediyinə görə , ailə-məişət zəmnində dava düşüb. Nəticədə 34 yaşlı Əlixanov Bəhrəm Eldar oğlu bədəninin müxtəlif nahiyyəsindən və onun qardaşı 40 yaşlı Əlixanov Surət Eldar oğlu ürək nahiyəsindən bıçaqlanıb.
Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətləri ağırdır.
Hadisəni törədən şəxs Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, S.Əlixanovun qaynıdır.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt