PKK-nın 23 üzvü zərərsizləşdirildi

PKK-nın 23 üzvü zərərsizləşdirildi

Türkiyədə keçirilən antiterror əməliyyatları çərçivəsində ölkənin cənub-şərqindəki Siirt vilayətində iyunun 12-dən bu günə kimi PKK-nın 23 terrorçusu zərərsizləşdirilib.
GUNAZ.az "Anadolu"ya istinadən xəbər verir ki, bununla bağlı vilayət rəhbərliyi məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, "F-16" təyyarələri ilə Herekol dağları ərazisinə endirilmiş zərbə nəticəsində 9 terrorçu məhv edilib. Onların mövqeləri kəşfiyyatçı Pilotsuz Uçuş Aparatı ilə müəyyən edilib.
Son 18 gündə PKK-nın daha 9 terrorçusu silahı təhvil verərək təslim olub. Onlardan 4-ü qadındır.
Antiterror əməliyyatları Siirt vilayətinin Pərvari rayonunda davam etdirilir.

скачать dle 12.1
Geri qayıt