Mübahisə ölümlə bitdi: Azərbaycanlı qadın Türkiyədə saxlanıldı
Türkiyənin Tokat vilayətinin Artova rayonunda azərbaycanlı qadın qayınatasını öldürmək ittihamı ilə saxlanılıb.
GunAz.az “Haberler.com” portalına istinadla xəbər verir ki, o, qayınatasını döyərək öldürməkdə şübhəli bilinir.
GunAz.az “Haberler.com” portalına istinadla xəbər verir ki, o, qayınatasını döyərək öldürməkdə şübhəli bilinir.
Məlumata görə, Artova rayonunun Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı K.V. (52 yaş) ilə qayınatası Mustafa Çiçi (88 yaş) arasında naməlum səbəbdən mübahisə baş verib.
Mübahisə qısa bir vaxtda davaya çevrilib və iddiaya görə, K.V. Mustafa Çiçini vuraraq yerə yıxıb. Yaşlı kişi hadisə yerinə göndərilən təcili yardım qrupları tərəfindən Artova Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Artova Respublika Prokurorluğu tərəfindən başlanan istintaq çərçivəsində K.V. saxlanılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
