Ölümündən sonra üzə çıxan bir milyonluq şok: Polkovnikin gizli cinayəti
Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini mərhum polkovnik Mayis Orucəliyevin cinayət əməli ortaya çıxıb.
GunAz.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polkovnik xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılıb. İş üzrə dövlətə dəymiş ziyan 1 milyon manata yaxındır.
Təqsirləndirilən şəxsin həyat yoldaşı hüquqi varis qismində tanınıb. M.Orucəliyev öldüyü üçün təqsiri sübuta yetirildiyi halda yekunda cinayət işinə bəraətverici əsaslar olmadan xitam veriləcək. Dəymiş ziyanın ödənilməsi isə mərhumun əmlakı hesabına təmin oluna bilər.
Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma) ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri korrupsiya cinayətləri arasında ağır maddələrdən hesab edilir.
Qeyd edək ki, polkovnik Orucəliyev uzun müddət Hərbi Hava Qüvvələrinin sabiq komandanı general-leytenant Ramiz Tahirovun müavini işləyib. 2022-ci ildə 57 yaşında xəstəlik səbəbindən vəfat edib.
