Xırdalanda 20 yaşlı oğlan öldürüldü

Xırdalanda 20 yaşlı oğlan öldürüldü
Gecə saatlarında Abşeron rayonunda qətl hadisəsi törədilib.
“Qafqazinfo” xəbər verir ki, saat 03 radələrində Xırdalan şəhəri ərazisində gənc oğlan bıçaqlanıb. Xəstəxanaya çatdırılan şəxsin öldüyü məlum olub.
İlkin araşdırmalarla qətlə yetirilən şəxsin 2005-ci il təvəllüdlü Elmir Axundov olması müəyyən edilib.
Hadisəni törədən şəxsin saxlanması istiqamətində polis tərəfindən tədbirlər görülür.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.
скачать dle 12.1
Geri qayıt