Qaxa istirahətə gedən iş adamının meyiti tapıldı

Qaxa istirahətə gedən iş adamının meyiti tapıldı Qaxda istirahətdə olan Bakı sakini evdə ölü tapılıb.
GunAz.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaşqaçay kəndində baş verib.
Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Elçin Məmmədov Qax rayonundakı evinə istirahət məqsədilə gedib. Dünən axşam saatlarında onun yaşadığı evdə meyiti aşkar edilib.
Məlumata görə, əslən Qax rayonundan olan E.Məmmədov Bakıda bizneslə məşğul imiş. O, bir neçə gün öncə istirahət məqsədilə rayondakı evinə gedibmiş.
Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt