Kürdəmirdə qadın əməliyyatdan sonra öldü

GunAz.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə alınıb.
Belə ki, rayonun Atakişili kənd sakini Pərvanə Alı qızı Abdullayeva Kürdəmir Mərkəzi xəstəxanasında appençiddən əməliyyat olunduqdan sonra halı pisləşib və dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və qadının meyidi aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.