İranda qadın musiqiçi nişanlısı ilə birlikdə güllələndi

GunAz.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, sentyabrın 4-də Rəhməti və onunla birlikdə olan nişanlısı şəhərin Pirbazar bölgəsində güllələniblər.
Şübhəlilər hadisə yerindən qaçıb. Onların saxlanılması üçün tədbirlər görüldüyü bildirilib.
Rəhməti həm də Tehran Universitetinin musiqi müəllimidir.