Bakıda oğlunu və gəlinini baltalayan şəxslə bağlı qərar verildi
Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
GunAz.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, M.İsmayılovun şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehdi İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Bakının Maştağa qəsəbəsində qeydə alınıb.
Mehdi İsmayılov hadisə zamanı oğlu Rəşadın başından baltayla zərbə vurub. Gəlini Cəmalənin üzünün bir neçə yerində onun vurduğu balta zərbələrindən çapıq yaranıb, qadın sol budunun bir neçə yerindən kəsik xəsarətləri alıb.
M.İsmayılov məhkəmədə ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini bildirib. Oxu.az