SON DƏQİQƏ
» » Qobustanda ər arvadını amansızlıqla qətlə yetirdi - RƏSMİ

Qobustanda ər arvadını amansızlıqla qətlə yetirdi - RƏSMİ

Tarix:

29-03-2021, 10:36

/ 3 914 dəfə oxundu.
Qobustanda ər arvadını amansızlıqla qətlə yetirdi - RƏSMİ

Martın 28-də saat 18 radələrində Qobustan rayon ərazisində 1986-cı il təvəllüdlü Rəsulova Billurə Ələkbər qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə GünAz.az-a Qobustan Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rəsulovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Billurə Rəsulovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən hadisədən sonra Elnur Rüstəmov özünə bıçaqla xəsarətlər yetirib və hazırda o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ