Meksikada "White horse" adlı bara silah və molotof kokteyli ilə hücum nəticəsində ölənlərin sayı 29-a çatıb. Avromedia.az-ın məlumatına görə, bu barədə "Milenio" nəşri xəbər verib.
Sağ qalan 8 nəfərin vəziyyəti ağırdır - onların bədənlərinin 90%-dək hissəsi yanıb.
Prokurorluq insidentin təfərrüatlarını aydınlaşdırır. İlkin ehtimala görə, hücuma səbəb narkotika mafiyaları arasında olan münaqişədir.