Ümumi evimizi qoruyaq!
Fikirləşirəm ki korono virusundan dövlətlər və cəmiyyət çox ziyan çəksələr də , atalar demişkən, o tənəzzüldən qorxma ki, orda tərəqqi var, məsəli yadıma düşür .
Tarixdən də məlumdur ki, ilk bəşər övladı yaradılandan bu günə qədər müxtəlif xəstəliklər də yaranıb. Ta qədim zamanlardan təbiblər ,bilicilər xəstəliklərin qarşısını təbii üsullarla almağa çalışıblar.Vəba, cüzum xəstəliklərindən vaxtilə insanlar çox acılar, məhrumiyyətlər çəkmiş, müxtəlif dövrlərdə kütləvi ölüm halları başvermişdir
Hətta həkimlər də bu cür bəlaların qarşısında aciz qalmışlar.
Bəzən də insanlar buna görə Yaradanı günahlandırıblar. Sonralardan məlum olub ki, insanların vəhşiliyindən, bilməməzliyindən, tamahından , xislətindən xəstəliklər törənir və yayılır.
Müqəddəs kitabımız olan Qurani Kərim nazil olunduqdan sonra inamlı insanlar namaz qılmış, bədənlərini, qəlblərini pak saxlamış, müəyyən hərəkətlərlə və Allahın buyurduğu nemətlərlə qidalanmaqla sağ qalmaga məcbur olmuşlar .
Elm və texnika inkişaf etdikcə, milli adət ənənələr, milli dəyərlər məhf olmaq təhlukəsi ilə üzləşmisdir.
İnternetin, müasir texnologiyanın inkişafı bəşəriyyətə xeyir versə də, bəzən insanlarda müxtəlif xəstəliklər də törədir. Bu gün işlətdiyimiz əl telefonlarından , evdə televiziyadan , yolda və işdə nəqliyyat , əmək haqqı və pensiya kartlarından , komputerlərdən istifadə etməklə bədənimiz nə qədər əsəb və psixoloji gərginliklər yaşayır? Tibbdə istifadə olunan müasir tipli aparat və cihazları da nəzərə alsaq insanlar görün nə qədər şualanırlar? İnsanların kosmosa can atmaları məni çox dusündürür. Yerdə yaşamaq məgər azlıqmı edir ?
Ğöydə , kainatda , əlçatmaz yerlərdə yaşayış axtarmaq , kosmik gəmilərin, təyyarələrin səmanı tüstüsüylə zəhərləməsi , kainatı və insanları məhfə aparmırmı?
7 milyarddan bir qədər çox əhalisi olan dünyamızda yaşamaq məgər azlıqmı edir?
Axı dünya əhalisinin yarısından çoxu bu qədər yeralti və yerustü məhsulların bollugunda niyə ac - susuz qalmalıdır?
Dünya alimləri hesablayıblar ki Allahın bizə bəxş etdiyi nemətlər əgər bəsəriyyət arasında ədalərlə, bərabər bölünərsə, dunya əhalisinin sayı 60 milyard olsa da belə , bu qədər insanları normal səviyyədə dolandırmaq olar, hər kəs rahat yaşaya bilərlər
Bəs bu qədər ölüm saçan silahları , müharibələri törədənlər də insanlar deyilmi?
Güya ki əhalinin artımının qarşısını almaq , ərzaq qıtlıgını aradan qaldırmaq ücün bəsəriyyəti müharibələrə sürükləyənlər bağışlanmaz gunah islədərək Allaha, kainata yaradılışa qarşı çıxmırlarmı?
Firon dünyanı zəbt etmək istəyərkən dəryalara qərq olmadımi?
Çingiz xanın, Napaleonun ,Hitlerin sərsəm ərazi iddiaları hansı sonluqla qurtardı? Diktatorların axırı necə də acınacaqlı oldugunu hegomonluq edən dovlət rəhbərləri duşünmürlərmi?
İnsanları ac saxlamaqla özlərinə tabe etdirməyə çalışan masson quvvələr şeytani yol tutmayıblarmı?
Var - dövlət hərisləri dünyanı tərk edərkən özləriylə nəsə apara bilirlərmi?
Məgər səmavi kitablar insanlara bir sınaq və duz yol deyilmi?
Günü- gündən çoxalan xəstəliklər nədən törəyir?
Alimlər öz bilik və bacarıqlarını, elmi kəşflərini səmərəli işlərə sərf etməli olduqları halda , komputer arxasında oturub viruslar yaymaq, bakterioloji silahlar istehsal etməklə nə qədər günah islər törədirlər?
Qurani Kərimdə Allahın halal buyurduğu nemətlər insana azlıqmı edir ?
Çəyirtkə, yarasa, ilan, qurbağa, soxulcan , donuz və digər zərərli heyvan və quşların,həsəratların ətini yeyən insan məhz xəstəlik törədicisi deyilmi?
Heyvanlar, həşəratlar, quşlar təbiətin sanitarıdırlar. Dörd ayaqlı it torpağa nəcis salanda ayaqları ilə o nəcisin üzərini örtur ki, infeksiya təbiətə yayılmasın. İnsan isə zərərli qida və içkiləri mədəsinə dolduraraq bosaltdıgı artığını və ya qusdugu yeri çox vaxt təmizləmir, hətta üzərini də örtmur. Onda belə bir sual ortaya çıxır. İnsan Allahın buyurduğu əmələ daha ćox riayyət edir, yoxsa heyvan?
Meşədə bir xəstə heyvan öləndə meşənin sanitarları onu zərərsizləsdirir, cəsədini qurd, quslar yeyir, yerdə qalan hissələrini qarışqalar təmizləyirlər. Burda bir hikmət oldugunu insan niyə dərk etmir.
Bəşər övladı gücünü , elmini ölum sacan silahlarla , geni dəyisdirilmiş məhsullar istehsal etməklə insan artımının qarşısını almaga çalısır?
Axi dunyada nə qədər insan doğulursa, gün ərzində bir o qədər insan da oz əcəli ilə dunyasını dəyişir.
Bəs müharibələrdə həlak olan gənclərin, dərd qəm , iztirab çəkən anaların, saxta dərmanlardan, həkimlərimizin naşılıgından, geni dəyisdirilmiş məhsuları istehsal edənlərin, narkotik maddələri , siqareti, zərərli içkiləri istehsal edənlərin, satışını təşkil edənlərin, avtomobili sürətlə idarə edən sürüçülərin
ucbatından dünyasını dəyişən insanların ölumünü niyə uca Yaradana bağlayıb günaha batırıq ?
Axi insanlar bir- birinə mərhəmətlə, sevgi ilə yanaşsalar, bəsəriyyət də insanların üzunə gülməzmi?
Onda Allah da öz lütfunu insanlardan əskik etməz , ruzi- bərəkət bollugunda heç kəs məhrumiyyətlərə dücar olunmaz.
Apteklərdə satılan saxta dərmanlar hesabına harınlamış insanların güvəndikləri insanların da əvvəl axır yeri qara torpaqdır. Torpaq istə bir- birini qıran, məhf edən acğözlər xeyir tapırlarmı?
İki aydan çoxdur ki insanlar korono virusundan əziyyət çəkirlər . Dünya həkimləri də bu bəlanın qarşısında aciz qalaraq əziyyət çəkirlər. Əgər bu bəlanı insan torədib yayıbsa, əlbətdə ki , Allah tərəfindən lənətlənəcəklər.
Bu xəstəlikdən və ya psixoloji gərginlik keçirdən və bu aylarda dunyasını dəyişən insanlara Allahdan rəhmət diləyirəm.
Evdə qalmaqla insanlar təhlükədən sovusurlar,
Məscidi Allahıb, Quranı tanımayanlar da səcdəyə gəlirlər. Bir vaxtlar Azan səsini qadagan edən dövlətlərin kilsələrindən indi Allahu Əkbər sədaları esidilir.
İnsanlar gigenik qaydalara riayət edirlər, Hansı ki müqəddəs kitablarımızda əsrlərlə əvvəl bu haqda yazılıbdır.
Torpağa hər il eyni məhsul əkəndə torpaq da yorulur .
Cox vaxt mütəxəssislər torpağı dincə qoyurlar. Fasiləsiz yemək insanı xəstələndirdiyi halda müqəddəs Ramazan ayında oruc tutmağın piylənmiş insan bədəninə xeyirli olmağını həkimlərimiz də pəhriz saxlamaqda görürlər .
İldi küçələr yuyulur,dizinfeksiya olunur .
Gəmilər suları bulandırmır, təyyarələr səmanı çirkləndirmır.
Bu iki ayda kainatımız da təmizlənibdir, Korladılmış, çirkləndirilmiş ekologiyamız da təmizlənərək bərpa olunur. Çaylarda balıqlar da sərbəst nəfəs alıb ,artır. Müharibələr dayandırılıb.
Hər kəs öz canı hayında olduğu halda , mənfur qonşumuz olan ermənilər isə yenə də torpaq qamarlamaq, hərislik və işğalçılıq hərəkətlərindən əl çəkmir, əksinə zəbt etdikləri torpaqlarımızı tərk etmək fikirləri də yoxdur.
Donuzu darıdan necə çıxartmaq olar? Ancaq bizdəməklə .
Dinsiz, imansız, qansız ermənilər Allahın qəzabından da qorxmurlar. Çunki öz torpağımızda yer verdiyimiz ermənilər milli satqınlarımızın köməyi ilə ərazilərimizi isğalda saxlayaraq hər gün günahsız insanları qətlə yetirir , alçaq, təcavüzkar simalarını göstərirlər. Dünya xalqları isə bu ədalətsizliyə dözürlər.
Korono virusu insanları düşündürməyə, haqsız islərdən uzaq olmağa səsləyir .
Məhz həkimlərin məsləhətiylə evdə qalaraq gigenik qaydalara riayət etməklə, ara məsafə saxlamalı və o halda insanlar təhlükədən uzaqlaşa bilərlər. Bir vaxtlar insanlar qrip oldu , olmadı görüşərkən öpuşmək vərdişlərini də indi tərgitməyə məcbur olurlar .
Metroların avtomobillərin , hava və su nəqliyyatının işləməməsi ekoloji çəhətdən təbiətimizi də paklaşdırdı.
Bu sınaqdan alnı açıq çıxmaq ücün insanlarda mərhəmət hissi çoxalmalıdır.
Qonşusu aç yatan insan özünü necə varlı ,xosbəxt saya bilər ?
Virus təhlukəsi imanlı insanlarda paylaşmaq mədəniyyətini bir daha üzə çıxartdı. Amma yenə də insanlar tam ayılmadılar. Görünür ki , Qiyamətin yaxınlaşmasını uca Yaradanım dolayı yolla insanlara başa salsa da kafirlər möminləri üstələyibdir .
Dünyanı ançaq sülh qoruya bilər .
Dünya bəsəriyyətin ümumi evidir.
Bu evi qorumaq, təmiz, pak saxlamaq hər bir insan övladının borcudur .
Rauf İlyasoğlu