Biz deməsək...

Biz deməsək...


İslam aləmində bir Vaqf anlayəşı vardır. Əgər müsəlmanıqsa mənasını bilməliyik. Məqsədi,çox qısa şəkildə desək, Allah yolunda insanlara yardım etməkdir.  İmkanlılar könüllü şəkildə, etiqadı və təmiz niyyəti ilə öz malından mülkündən imtina edib onun xeyriyyəçilik, lmkansızlara əl tutmaq niyyətiylə, təhsilin, elmin inkişafı, xalqın müdafiə gücünün artırılması, haqqın- ədalətin qorunması, vətənin abadlaşması yolunda sərf olunmasını istər. Bizdə vaqflar yoxdur, fondlar var. Vaqf yaradan yoxdursa, deməli onun böyük dini- mənəvi, insani və ictimai dəyərini anlayan da yoxdur. Fondlarımız daha çox rəsmi şəkiıdə maliyyələşir, yardım edir, amma kimsənin hətta ölüm qabagı malını- mülkünü hər hansı xeyirxah iş üçün bir xeyriyyə təşkilatına vəsiyyət etdiyini və ya öz sərvəti ilə Allah yolunda imkansızlara yardım üçün bir fond və ya vaqf qurduğunu görən olmayıb... Olubsa da yəqin məhəlli əhəmiyyətli olub, xəbərsizliyimi mənə bağışlasınlar. Qoy çürüsün, xarici banklarda batsın, öz nəslinin vecsizlərini qudurtsun amma toplumun, millətin xeyir işlərinə sərf olunmasın.. Vaqfçılıq insanın insanlığını göstərən çox böyük mənəvi məktəbdir. Hələ çoxallahlıq zamanlarından başlanır. İslamda ilk vaqfı Həzrəti Məhəmməd özü qurub.. Qardaş Türkiyədə böyük vaqflar gələnəyi var. Vaqflar bankı, vaqflar idarəsi çalışmaqdadır . Vaqfların çoxu xeyirxah insanların ümumi səyi ilə qurulub, lazım olanda dövlət də yardımını əsirgəmir. Vaqfların geniş nəşriyyat, mətbuat, təhsil şəbəkəsi var. Bütün türk dünyasını əhatə edən işlər görür, dövlətin əli yetməyən yerlərə əl yetirir. Belə bir işi yüz illər boyu təçkilatlanmış şəkildə erməni kilsəsi ğörür öz milləti üçün. Bizim məscidlərdə beıə bir işi təşkil etmək mümkündürmü? Əlbəttə inam və təşkilatlanma, qarşılıqlı yardımlaşma vərdişi olmadığından məscidlərin gəliri kilsələrə yığılan pullarla müqayisəyə gəlməz. Paris Notrdam kilsəsinin bətpası üçün bir neçə gündə necə bir fantastik məbləğ yığıldığını gördük. Bizdə imkanı olan da belə bir işə qorxusundan ciddi yardım edə bilçəz. Bizdə din və millət yolunda malını, mülkünü sərf etmək ənənəsi formalaşmayıb. Geri qalmağımızın səbəblərindən biri də budur. Xaricdə yaşayan zənginlərdən kimsə köməyə gəlsə məmur öncə öz payını istəyəcək... Azərbaycandakı böyük ziyarətgahlar niyə öz fondlarını və ya vaqflarını yaratmasın? Ola bilməz millətin sədəqəsi ancaq bir ailənin, bir varislər qrupunun cibinə axsın. Bu pullar Allah naminə yığılırsa, poçtla Allaha göndərilmir ki, kimlərinsə cibinə gedir. Halbuki, Allaha xoş gedən bu nəzirin cəmiyyət üçün, kasıblar üçün və halallıqla xərclənməsidir. Yoxsa ola biıməz ki, bir dərgahda səhərdən axşama qurbanlar kəsilsin, məzirlər toplansın, ondan millətə heç bir xeyir gəlməsin. Niyə bizdə heç olmasa ümumi bir ziyarətgahlar vaqfı yaradılmasın və bu vaqf ildə 10-15 gəncin xaricdə təhsilini maliyyəıəşdirməsin, yetim evlərinə kömək etməsin. Yaxud kasıb tələbələr üçün İmamzada, Əli aga, Fatimeyi Zəhra, Beşbarmaq, yaxud Mir Mövsüm aga təqaüdləri kəsilməsin. Ünvanı bəlli olmayan nəzir və qurbanlarda halallıq ola biıməz, yığılandan insana qayıdış yoxdursa Allah bunu qəbul etməz və bu, haramdır. Mən burda statistika ilə məşgul olmayacağam Lakin hər şey xalqın gözünün qabağındadır. İnanmıram ki, insanlarımızın ruhu quruyub, heç kim Allah və millət yolunda pul xərcləmək istəmir. Lakin burda şəffaflıq olmalıdır və yardım edən yardımının dibdiz quyuya atılmadığını, xeyirxah əməlinin nəticəsini görməlidir. Onda mənzərə dəyişilər. Buna görə də topluma xidmət edən, dövlətlə münasibətləri düzgün nizamlanan vaqfların qurulması zəruridir.Bu cəmiyyətdə qarşılıqlı yardımlaşma və milli birlik düyğusinu gücləndirər. Yazdıqlarım kimdəsə qıcıq doğura bilər, lakin mən yeni bir şey demirəm, unudulmuş dəyərlərimizi yada salıram...
19.04.2019

скачать dle 12.1
Geri qayıt