AXISQALILARA SALAM!

AXISQALILARA SALAM!

Axısqalıların zülmü və dərdi böyükdür. Onlar müxtəlif qardaş ölkələrdə-Türk və müsəlman dövlətlərinin ərazilərində Allah-Təalanın onlara bəxş etdiyi ömrü pis-yaxşı yaşayırlar.

Axısqalıların bəziləri Qarabağ müharibəsində şəhid olaraq əbədiyyətə qovuşmuşdur.

Qarabağın o dərdli günlərində şərəfsiz ermənilərin zülmü altında əsirlik həyatı yaşayan bir soydaşımız, Əhməd adlı bir Məhsəti türkünün əsir edildiyini və hansısa nanəcib erməninin qəbri üstündə elə ermənilər tərəfindən başının kəsildiyini video-jurnalistə verdiyi müsahibəsində demişdi.

1944-cü ildə həyata keçirilən sürgün çox acı idi, təbii ki, Stalinin rəhbərliyi altında. Bu vaxt məhsətilər Qazaxıstan, Qırğızıstan və Özbəkistana sürgün edildilər, onların əzabı daha dəhşətlidir. Axı onların günahı nə idi? Onların əraziləri Gürcüstanın tərkibində ola-ola, hələ də bəzi xarici qüvvələr  tərəfindən zülmə məruz qalırlar. 

Biz bir Oğuz türkü, bir müsəlman kimi yalnız Allahdan onlara milli-mənəvi azadlıq, istiqlaliyyət və hürriyyət diləyirik. Onlar buna layiqdirlər. Bizim Qarabağ dərdimiz var. Bu dəqiqə, bütün türk-müsəlman dövlətlərinin birləşərək həm bizə, həm axısqalılara və həmdə ki, Şimali Qafqaz türklərinə köməyi lazımdır. Təbii ki, kömək Allahdandır. İnsanlar isə vasitəçidir. Allah-Təala Hz. Məhəmməd Peyğəmbərə(s.a.v.a.v) “Mənim Şərqdə Türk adlı bir ordum vardır. Hər hansı bir xalqdan qəzəblənəndə mən türkləri onların üstünə göndərirəm”-deyə buyurmuşdur. İnşallah ki, biz də həmin ordunun gələrək əzab-əziyyət, zülm görmüş Türk xalqlarının imdadına yetişməsini gözləyirik. Bu zaman axısqalılar da zülmdən azad olar və Allahın azadlığına qovuşarlar. Salam olsun daima zülm, əzab-əziyyət görmüş, amma iradəsini heç vaxt sındırmamış axısqalılara!

Ərtoğrul Türkyurd

скачать dle 12.1
Geri qayıt