PUL

PUL

Görəsən dünyada hər şeymi satılır? Bəli bu dünyada hər bir şey satılır. Özüdə pula! Pul həyatımızın ən dərin xırdalıqlarına kimi ziyarət edir. Əli boşda qayıtmır . Hara getsə də , kimin evində gizlənsədə hərlənib fırlanıb yenədə nəyisə alır. Hər şeyi pul toxuyur . Toxuyub , toxuyub sonda böyük vurdum duymazlıqlarla bəzənmiş, öz güvənli, təkəbbürlü insan həyatı formalaşdırır. Ondan kimdə daha çoxdursa həmin insan yaşadığı dünyada ətrafındakıları üçün əvəz olunmaz biri sayılır , ondan kimdə çox azdırsa ətrafındakılarının gözündə o insanı əvəz edəcək milyonlarla insan aşkarlanır. Artıq ancaq insan olmaq yetmir gərək üstündə, yada evində, iş yerində yetəri qədər pul sahibi olasan ki səni insan adlandırsınlar. Məsləhətdirki öləndədə cibi boş ölmüyəsən . Kimliyivi araşdırmaq istəyəndə qoy ciblərindən birinin işini aşırda biləcək miqdarda bir neçə kağız pul tapsınlar. Tapsınlar ki qoy səssiz ,gözə görünməz dalanda yerdə yatmış cəsədivə tüpürməsinlər heç olmasa təcili yardıma zəng etmək üçün mobil telefonlarındakı konturlarından keçsinlər, konturları olmasada ciblərindən tapdıqları havayı pulun xatirinə həmin pulun az miqdarıyla telefonlarına kontur yükləyib səni ordan götüzdürsünlər. Deməli pul insanıda satın alır. Əslində içi mən qatışıq hamımız pul qazanmaq, pul əldə etmək üçün mübarizə aparırıq . Heç kimin pul haqqında nə fikirləşdiyini dəqiqi deyə bilmərəm lakin özüm haqqında onu deyə bilərəm ki mənə sabah üçün borclarımı qaytarmağa bolluca pul lazımdır. Ən ağırı isə son bir neçə ildə atsan atılmaz satsan satılmaz olan ailəmin gözündə dəyərli insan mərtəbəsinə qalxmağım üçün pullu olmağımın vacibliyini anlamağımdı. Qoy olsun , bu dünyada hər şey satılsın alınsın . Desəm ki məndə satılmıyacam alınmıyacam yekəbaşlıq etmiş olaram. Mənidə pul satacaq satırda ,mənidə pul alacaq alırda. Təəsüf ki artıq hər şey puldur.
Bahəddin Salman.

 

 

PULскачать dle 12.1
Geri qayıt