Mənim quşlarim 9 saat göydə uçmasa...

Mənim quşlarim 9 saat göydə uçmasa...

Bu 6 gün bayram istirahət etmək üçün çox sərfəlidir, amma bir az bezdirici olur . Çünki işləyən adam üçün cox uzun bir vaxtdır.

Nə isə keçək əsas məsələ olan kənd istirahətinə. Evdə darıxdırıcı olduğundan belə qərara gəldim ki, qonşum Şeyx Əlikramla köhnə tut ağacının altında cay süfrəsi təşkil edək. Elə təzəcə oturmuşduq Maştağalı İlkin qedeş yaxinlaşaraq Salam-Kalamdan sonra:- Bəlkə sizə bir cay süfrəsi təşkil edim , biz de etiraz etmedik . 5-ci sinif şagirdi olan İlkinMənim quşlarim 9 saat göydə uçmasa... qədeş qənd, konfet və 3 stəkan da somovar cayı gətirdi , stəkanların ikisi xrustal biri ise cox böyuk idi . Qədeş böyük stəkanı özünə tərəf çəkərək bu mənə kifayət edər deyəndə bu uşaqın qeyri - adi olmağı məni təəccübləndirdi .
Söhbət əsnasında məlum oldu ki, İlkin qədeş həm də göyərçin ticarəti ilə məşğul olur. Onun maraqlı söhbətlərindən:
- "Mənim quşlarım göydə ən azı 9 saat uçurlar mərc gələrik əgər uçsa 1000 manat alaram, 9 saatdan az uçsa 300 manat verirəm" . Mən onda bildim ki İlkin qədeş əsl ticarətçidir, çünki almağı ilə vermıyin arasında 700 manat fərq yaranırdı.
" Bəziləri iftar süfrəsi verir ki, ora yığışır imkanlı adamlar, araq içənlər, amma mən iftar süfrəsi yox kasıblara əl tutardım " deməsi İlkin qədeşin gələcəyinin yaxşı ticarətçi olmasından xəbər verirdi.
Bələcə 2 saatlıq çay süfrəmiz İlkin qədeşin maraqlı söhbətlərilə başa çatdı.
MÜZƏFFƏR

скачать dle 12.1
Geri qayıt