QURTULUŞ və XİLASETMƏ

QURTULUŞ və XİLASETMƏ
Qarğa bazarına oxşar bir Parlamentimiz var idi.Burada siqaret tüstüsündə Azərbaycan xalqının, dövlətinin taleyi dumanlı, soyuq bataqlığı xatırladırdı.Savaşan, söyüşən, gop və popilist çıxışlar, elmi əsası, reallıq yükü olmayan fikirlər, Azərbaycan xalqının ağır vəziyyətinə, taleyinə biganə, mahiyyətinə uyğun gəlməyən davranışlar, Milli Cəhənnəm yığıncağı...O gəldi, bu gölə daş atdı, sükut yarandı.Səlis, cəsarərli, elmli, məntiqli və başlıcası isə xalq və dövlət maraqlarına uyğun,   əzəmətli, zabitəli səsi ilə çıxışları dumanlı bataqlığı aydınlatmağa başladı.
Oradakılar və xalq həqiqətləri gördü.Heydər Əliyevin həyat və fəaliyyətinin mahiyyətində Qurtuluş, Xilasetmə əsas fəlsəfi elementlərdəndir.
Və bu təkcə 90- cı illərin əvvəllərinə aid deyil, daha geniş spektrlidir.Dəfələrlə Azərbaycan ziyalılarını, milli düşüncə daşıyıcılıarını- Əbülfəz Elçibəyi, Bəxtiyar Bahabzadəni, prof. Abbas Zamanovu və b.- nı KQB- nin əlindən xilas etmişdir.Birinci dəfə hakimiyyətə gələndə Azərbaycanı aqrar, geridə qalmış Respublika vəziyyətindən xilas etmişdir.
Azərbaycanlıların başqa Respublikalarda təhsilini, elm, mədəniyyətin inkişafını təmin etmişdir.Abşeron və Bakını yaşıllaşdırmaqla səhralıqdan, təbiətdə qoruqlar, yasaqlıqlar yaratmaqla talandan, meşələri qırılmaqdan xilas etmişdir.Su anbarları, süni göllər yaratmaqla əkin sahələrini susuzluqdan xilas etmişdir.
Ali məktəblərə, hüquq, tibb fakültələrinə kasıb balalarının  qəbuluna xüsusi diqqət etməklə onları ümidsizlik və haqsızlığa uğramaqdan xilas etmişdir.Heydər Əliyevin qurtuluş və xilasetmə missiyası təkcə Respublikamız ilə məhdudlaşmır.
SSRİ  Amerika və Qərb dövlətləri qarşısında  rəzil vəziyyətə düşmüşdü. BAM tikintisi alınmır, iş getmirdi. H. Əliyev bu nəhəng tikintini başa çatdırdı, pərt vəziyyətdən nəhəng dövləti xilas etdi.
İndi də geniş Rusiyada kosmosdon belə görünən 4 min km- lik nəhəng bir Heydər Əliyev İmzası- BAM var.
Türk dünyasının birliyinin, İslam ölkələrinin təşkilatlanması, bitərəf- qoşulmayan ölkələrin bir araya gələ bilməsinin əsasını qoydu, bir növ onları pərakəndəlikdən xilas etdi, sonralar İlham Əliyev bu təşkilatları sözü keçən bir səviyyəyə çıxmasında əsas rol oynadı.Naxçıvanın çətin günlərində camaatı aclıqdan, ümidsizlikdən, torpaqları işğaldan qorudu.Türkiyə ilə Naxçıvan arasında Ümid, Qurtuluş körpüsü onun adıyla bağlıdı.
Bu körpü təkcə iki qardaş ölkə arasında körpü deyildi. Həm də yenicə dağılmış nəhəng SSRİ- in bir parçasıyla Nato dövləti arasında körpü idi.
İlk dəfə dövlət səviyyəsində Naxçıvan Ali Məclisində Üçrəngli bayraq qaldırmaqla yad, işğalçı SSRİ bayrağından dövləti binamızı xilas etdi.
Nəhayət Naxçıvandan Bakıya dönüşü ilə dövlətçiliyimizi xilas etdi:
Səriştəsizlərdən
Təkəbbürlü iş bilməzlərdən
Beynəlxalq xüsusi xidmət servizlərindən
Eynəkli, təsbehli və saqqalı üçbaşlı şeytandan
Condan, İvandan, Ağadan, fildən, tısbağadan.
Bilərəkdən və ya bilməyərəkdən onlara ulaq olmuşlardan.
Təcrübəsizlik və ya qəsd nəticəsində torpaqları uduzmaqdan.
Müdafə Naziri postunu riyyaziyyat müəllimindən, Baş nazir postunu tarixçidən, dövlətin mühüm vəzifələrini hərnə gəldiçilərdən, haradan gəldiçilərdən.
Bir dağ uzaqlaşdıqça daha aydın, möhtəşəm görünür. Zaman keçdikcə Heydər Əliyevin fəaliyyəti, çıxış və fikirləri sadəcə daha da müqəddəsləşir, onun nə yaxşı ki, Azərbaycanda, azərbaycanlı olaraq dünyaya gəlməsi ilə fəxr edirsən.
Son:
Həmişə deyirdi ki, Azərbaycan yolunda ölməyə hazıram.Elə də oldu.Gələcək zabitlərin önündə qəfil ürəyi tutdu, yıxıldı.Apardılar.Amma o yenidən qayıtdı gələcəyin qəhraman, rəşadətli, qalib, Şuşa, Xankəndi fatehlərinin önünə. Çıxışını qaldığı yerdən davam etdi.
Ancaq xüsusi xidmət generalı, fenomenal şəxiyyət olan Heydər Əliyev ola bilməzdiki yenidən kürsüyə qayıtmağın həyat və ölüm arasında sirat körpüsü qədər nazik olduğunu bilməsin.Amma O qayıtdı. Dünya Hərb tarixində Ali Baş Komandan Əsgər önündə:
Əzrayıla yıxılmaz
Ondan qaçmaz
Ölər, özünü və onları ümidsiz qoymaz- dastanlarını yazdı.
Əzrayılı da heyrətə salacaq sakit, əzəmətli, qürurlu səslə, gülə- gülə, dediyi sözün üstündə duran əsl azərbaycanlı kişi kimi getdi.
Beyinləri xaotik düşüncələrdən xilas edib, Azərbaycançılıq, milli dövlətçilik məfkurəsi ilə işıqlandırıb, qürur və ləyaqətlə təravətləndirib getdi.

Sadıq Qarayev
скачать dle 12.1
Geri qayıt