İtirilməyən, oğurlanmayan, çürüməyən YEGANƏ SƏRVƏT
Məhərrəm TAĞIZADƏ
Həyat bəzən bir qış səhəri kimi soyuq, bir payız axşamı kimi qaranlıq olur. O zaman insanın əsl istiliyi – cibindəki puldan, əynindəki paltardan deyil, beynində yanan işıqdan gəlir. O işıq isə yalnız biliklə, sözlə, kitabla alışır.
Kitab oxumaq – sadəcə sözləri görmək deyil. O, bir ömrün dərdini, sevincini, hikmətini öz ruhunda yaşamaqdır. Səhifələri çevirdikcə sanki zamanın dərin qatlarına enirsən, illərin, əsrlərin pıçıltılarını eşidirsən. Hər kitab bir dostdur – səni tərk etməz, sən susanda danışar, sən darıxanda yanında durar. O, sənə öyrədər ki, dünyanın ən zəngin xəzinəsi qızıl sandıqda deyil, zəka sandığında saxlanır. Unutma, insanın torpaqda izi itə bilər, amma sözlə qurduğu dünya əsrlərlə yaşayar. Əgər bu gün bir səhifə açsan, bəlkə də sabah həyatının ən parlaq səhifəsini yazacaq gücü qazanacaqsan.
Oxu… çünki ağıl — itirilməyən, oğurlanmayan, çürüməyən yeganə sərvətdir.