İsveçrə Azərbaycan qazına arxalanır - Heqqlin
Rusiya qazının Avropaya tədarükü dayanarsa, İsveçrə də öz istehlakını azaltmalı olacaq. Lakin Azərbaycan və Şimali Afrikadan tədarük hesabına digər ölkələrlə müqayisədə üstünlüyü olacaq.
GunAz.az xəbər verir ki, bunu AWP-yə İsveçrənin Qaz Sənayesi Assosiasiyasından Tomas Heqqlin deyib.
"Biz buna hazır olmalıyıq. Rusiya qazının tədarükünün çatışmazlığını Avropada ən azı qısa müddətdə və onun istehlakını azaltmadan tam kompensasiya etmək mümkün deyildi. Lakin bu ssenaridə İsveçrə hələ də mühüm üstünlüyə malik olacaq, çünki o, qazı cənubdan - Şimali Afrikadan İtaliya vasitəsilə və Azərbaycandan almağa davam edə biləcək", - deyə o bildirib.
