“Brent” qiymətləri bir qədər ucuzlaşdı
Dünya birjalarında neftin qiymətində geriləmə qeydə alınıb.
GunAz.az xəbər verir ki, "Brent” markalı neftin bir barreli günorta saatlarında 118 dolları keçmişdisə, hazırda 112,14 dollara qədə geriləyib.
Yüngül neftin bir barreli isə 115,47 dollardan 109,86 dollara düşüb.
"Azəri Layt" markalı Azərbaycan neftinin 1 barrelinin ötəngünkü qiyməti 116,1 dollar olub.
