Qeyri Neft sektorunun Şahı Qarabağ.
Ölkəmiz bu gün möhtəşəm zəfər tarixinin il dönümünü qürurla qeyd edir. 27- Sentyabr 2020- inci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Dəmir Yumruq əməliyyatı ilə Şanlı Ordumuz cəmi 44 günə işğal altındakı torpaqlarımızı düşmənlərimizdən azad etdi.
Bu misli görünməmiş Vətən müharibəsi bütün dünyanın diqqətini ölkəmizə, əsasən də, Qarabağa yönəltdi. Bütün dünya Canımızla qanımızla azad etdiyimiz Qarabağın Azərbaycan üçün necə müqəddəs yurd olduğunu və Azərbaycanın ayrılmaz bir parçası olduğunun şahidi oldu.
Qarabağın Azərbaycan iqtisadiyyatı üçün əvəzolunmaz bir məkan olduğunu Prezident İlham Əliyev işğaldan azad olunan kimi bütün imkanları ilə göstərdi. Hələ müharibə vaxtı çəkilən asfalt yollar artıq Qarabağın uğurlu iqtisadi gələcəyindən xəbər verirdi. Çünki bu yollarda quruculuğun, inkişafın və infrastrukturların yaradılması üçün atılacaq nəhəng addımlar üçün vacib idi. İşğaldan azad olunan bölgələrimizə yolların çəkilməsi ilə eyni anda başlayan elektrik xətləri çəkilişi, Suqovuşan Elektrik stansiyasının yenidən qurulması işləri ilə davam etdi.
Azad olunmuş əraziləri diqqətlə nəzarətdə saxlayan və bütün bölgələrin iqtisadi gücünü dərindən bilən Prezident İlham Əliyev bir sıra iqtisadi zonaların yaradılması haqqında verdiyi fərmanla müharibə sonrası Qarabağın ölkə əhəmiyyətli bir bölgə olduğunu bütün dünyaya göstərdi. Qədim yurdumuz Qarabağın bölgələr üzrə iqtisadi xronologiyasına nəzər salsaq, azca diqqət yetirsək bu bərəkətli torpaqlarda nəhəng iqtisadi resursların necə böyük bir Milli Gəlir mənbəyi yüksək səviyyədə inkişaf predmeti olduğunu görərik. Əsas da Şərqi Zəngəzur iqtisadi zonasında yerləşən Zəngilan rayonunda iri dağ mədən sənayesi, buradakı geniş və bərəkətli torpaqlarda üzümçülük, şərabçılıq, meşəçilik təsərrüfatı, əkinçilik və maldarlıq təsərrüfatları,
Cəbrayıl rayonunda iri əkinçilik, maldarlıq təsərrüfatları, Qubadlıda dağ mədən sənayesi ilə yanaşı əkinçilik maldarlıq təsərrüfatları. Prezidentimizin də dediyi kimi bəlkə də dünyada əvəzi olmayan Kəlbəcər rayonunda zəngin yer altı sərvətlər, dünya şöhrətli mineral sular, zəngin təəssürat bölgələri, Araz vadisi iqtisadi zonasında yerləşən Füzuli rayonunda pambıqçılıq, tütünçülük, üzümçülük maldarlıq təsərrüfatları, bu rayonda tikilən Füzuli Beynəlxalq Hava Limanını vacib edirdi çünki Zəngəzur Dəhlizinə də yol Füzuli rayonunu ərazisindən keçir. Digər iqtisadi zonalar üzrə baxsaq Ağdam rayonunundakı nəhəng iqtisadi resuslar, və digər bölgələrimizin də yer altı və yer üstü sərvətlərlə zəngin olduğunu saymaqla bitməz. Dövlətimizin bu gün Qarabağdaki iqtisadiyyatımızla bağlı siyasət böyük sürətlə Qarabağın Azərbaycan üçün qədim və müqəddəs yurd olmaqla bərabər Qeyri Neft sektorunun Şahı olduğunu bütün dünyaya bəyan etdi.
Sənan QACAR
