Büdcə qaydasının tətbiqi nə vaxta nəzərdə tutulub?
2022-ci ilin 1 yanvar tarixindən etibarən büdcə qaydasının tətbiqi nəzərdə tutulur.
GunAz.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.
"Bununla əlaqədar olaraq, mövcud çağırışlara uyğun təkmilləşdirilmiş büdcə qaydasının tətbiqi ilə bağlı müvafiq dəyişiklikləri nəzərdə tutan normativ hüquqi aktların layihəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək”, - sənəddə vurğulanıb.
