“Qara qızıl”ı dünya bazarında bahalaşdıran əsas səbəblər - Azərbaycanın gəlirləri artacaq

“Qara qızıl”ı dünya bazarında bahalaşdıran əsas səbəblər - Azərbaycanın gəlirləri artacaq

"Neftin qiyməti 70 dollarlıq psixoloji həddi keçib. OPEC+ ölkələrinin hasilatı gözləndiyindən daha az artırması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib.

Bu fikirləri GunAz.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar bayramov səsələndirib. O bildirib ki, qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbin daha da artacağı gözlənilir: "Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta gəlirlərini artıracaq.

Ölkəmizin ümumi ixracatının 85 faizini enerji məhsullarının təşkil etdiyini nəzərə alsaq, neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə valyuta gətirir. Enerji ixracatımızdan daxilolmaların artması qeyri-neft sektoruna və xüsusən də infrastruktur layihələrinə daha çox vəsaitin ayrılması baxımından da təqdirəlayiqdir”.скачать dle 12.1
Geri qayıt