MSK bu gün tam tərkibdə TOPLAŞIR - Yeni sədr SEÇİLƏCƏK

MSK bu gün tam tərkibdə TOPLAŞIR - Yeni sədr SEÇİLƏCƏK

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçiriləcək.

GünAz.az xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılacaq.

 

Həmçinin MSK üzvləri komissiyanın sədrini seçəcəklər.

Məlumata görə, sədr vəzifəsinə Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.Yeni tərkib Milli Məclisin bu keçirilən plenar iclasında təsdiqlənəcək./report/

скачать dle 12.1
Geri qayıt