Neft Fondunun ilk üç ayda AÇQ və Şahdənizdən əldə etdiyi gəlir məlum oldu

Neft Fondunun ilk üç ayda AÇQ və Şahdənizdən əldə etdiyi gəlir məlum oldu

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-mart ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqları üzrə ümumi 982,7 milyon ABŞ dollarına yaxın gəlir əldə edib.

 

Dövlət Neft Fondundan GunAz.az-a verilən məlumata əsasən, Azəri-Çıraq-Günəşli yatağından 953,5 milyon dollar həcmində gəlir əldə edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 1,7 dəfəyə qədər azdır.

Həmçinin, yanvar-mart ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 29,2 milyon ABŞ dolları olub və ötən ilin yanvar-mart ayı ilə müqayisədə 5,1 dəfə azalıb. 


скачать dle 12.1
Geri qayıt