“Ermənistana qaz verən ölkəyə qarşı ədalətsiz olmayın” – Düşmənə üç həftəlik qaz nəqlinin SİRRİ...

“Ermənistana qaz verən ölkəyə qarşı ədalətsiz olmayın” – Düşmənə üç həftəlik qaz nəqlinin SİRRİ...

Azərbaycan Dövlət Neft Şirkəti və "Qazprom” martın 16-da Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Müqaviləyə görə, Rusiya "Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində planlı təmir işləri apardığına görə Azərbaycan Dövlət Neft Şirkəti 3 həftə ərzində Ermənistandakı istehlakçılara qaz tədarük edəcək. Yayılan məlumatda bildirilir ki, işlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək. Aydındır ki, bu liderlər səviyyəsində əldə olunan razılaşmadır.

Bəs görəsən Azərbaycan Ermənistana qaz nəqlində iştirak etməlidirmi?

Bu barədə GünAz.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistana Azərbaycan üzərindən tranzit qaz nəqlini rəsmi Bakıdan Moskva xahiş edib: "Görünür Bakı Moskvaya "yox” cavabının mənfi nəticələrini hesabladığından Emənistana müvəqqəti qaz nəql etməyə qərar verib. Əlbəttə, Azərbaycanın işğalçı Ermənistana qaz nəqlində iştirakı bizdə haqlı suallar doğurur. Azərbaycanın bu xoş niyyətinin Ermənistandakı siyasi qüvvələr tərəfindən müsbət qiymətləndiriləcəyini söyləmək çətindir. Halbuki, müharibədə qələbə çalan Azərbaycanın məğlub və "Artsax” ideyasından hələ vaz keçməyən Ermənistana qaz nəql etməsi böyüklük jestidir. Ancaq Azərbaycan uzaq və yaxın keçmişdə Ermənistana və ermənilərə xeyli jestlər edib, xalqımız bunun əvəzinə işğalla və soyqırımlarla üzləşib. Ona görə də Azərbaycanın Ermənistanın bu ağır vaxtına qonşu ölkəni qaz nəql etməsinin ermənilərinin düşüncəsinin dəyişəcəyini vurğulamaq mümkün deyil. Dövlət Netf Şirkətinin prezidenti Rövnəq Abdullayev illər öncə verdiyi açıqlamada söyləmişdi ki, Azərbaycan qazı Gürcüstandakı erməni kilsələrinə pulsuz verilir. Bunun qarşılığında erməniərin minnətdarlığını kimsə eşitdimi”?

Dağlıq Qarabağa yüksək muxtariyyətdən söhbət belə gedə bilməz

Politoloqun fikrincə Azərbaycan ərazisindən qazın Ermənistana nəqli baş nazir Nikol Paşinyanın mövqelərinin az da olsa güclənməsinə xidmət edə bilər: "Misal üçün Paşinyan Azərbaycan və gələcəkdə Türkiyə ilə əməkdaşlığın iki qonşu dövlətlə qarşıdurmadan ermənilər üçün daha faydalı ola biləcəyini xalqına izah edər. Azərbaycanın Ermənistana tranzit qaz nəqlindən dünyadakı erməni lobbisinin və onların dəstəkçilərinin ölkəmizə qarşı təxribatlarını neytrallaşdırmaq məqsədilə də istifadə edə bilərik. "Azərbaycan torpaqlarını uzun illər işğal altında saxlayan, şəhər, qəsəbə və kəndlərimizi viran qoyan Ermənistana qaz verən ölkəyə qarşı ədalətsiz olmayın” – bu Azərbaycan rəsmilərinin və Xarici İşlər Nazirliyinin əsas arqumentinə çevrilə bilər. Digər tərəfdən Ermənistana qaz nəqli vasitəsilə Naxçıvanla kommunikasiya xəttinin açılması prosesini sürətləndirməliyik”.

скачать dle 12.1
Geri qayıt