Qızılın qiyməti yediillik maksimuma çatıb

Qızılın qiyməti yediillik maksimuma çatıb
Qlobal bazarda qızılın 1 unsiyasının qiyməti 2,3% artaraq 1 588,1 ABŞ dolları təşkil edib ki, bu da 2013-cü ilin aprelin ayından bəri rekord göstərici sayılır.
"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, qiymət artımının səbəbi kimi Yaxın Şərqdə yaşanan gərginliyin artması göstərilir.
Qeyd edək ki, gümüşün də 1 unsiyasının qiyməti ötən ilin sentyabrından öz maksimal qiymət səviyyəsini yeniləyərək 18,5 dollara çatıb.
GunAz.az
скачать dle 12.1
Geri qayıt