Bu universitetdə iki yeni ixtisas tədris ediləcək - Rektor

Bu universitetdə iki yeni ixtisas tədris ediləcək - Rektor

Azərbaycan Dövlət Aqrar Universitetində gələn il iki yeni ixtisasın tədris edilməsi nəzərdə tutulur.

GunAz.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi media-tur çərçivəsində universitetin rektoru İbrahim Cəfərov deyib. O bildirib ki, hazırda tələbələr universitetdə 31 ixtisas üzrə təhsil alır:

"Ötən il Nazirlər Kabinetində müraciət etdik və şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik ixtisası üzrə yeni ixtisaslar əlavə edildi. Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində 6 fakültə var və 5500-dən artıq tələbəmiz 31 ixtisas üzrə təhsil alır.

Bu gün arıçılıq və ipəkçilik üzrə daha 2 yeni ixtisasa ehtiyac var. Bu məsələni sonuncu kollegiyada da qaldırmışam. Nazirlər Kabinetinə müraciət ediləcək və yəqin ki, növbəti tədris ilində bu 2 yeni ixtisasın tədrisinə də başlayacağıq".

N.SAFURA

скачать dle 12.1
Geri qayıt