Bakıdan İrəvana 50 milyard dollarlıq kompensasiya

Bakıdan İrəvana 50 milyard dollarlıq kompensasiya

Azərbaycan Respublikasının informasiya mənbələri bu ölkə dövlətinin Qarabağ münaqişəsi ilə bağlı Ermənistandan əlli milyard dollarlıq kompensasiya tələb edəcəyindən xəbər veriblər.

GunAz.az-ın məlumatına görə, Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki keçmiş nümayəndəsi Georq Kostanyan deyib: Əldə olunan məlumatlar göstərir ki, Azərbaycan Respublikası Qarabağ münaqişəsi ilə bağlı Ermənistana qarşı beynəlxalq şikayət qaldırmağa hazırlaşır.

Sabiq erməni rəsmi deyib: Azərbaycan Respublikasının müxtəlif Avropa ölkələrindəki səfirləri bu şikayəti qaldırmaq üçün tanınmış hüquqşünaslar ilə müqavilə bağlamaqda və vəkillər heyəti təşkil etməkdədirlər.

Azərbaycan Respublikası ilə Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlandı və 1991-ci ildə hərbi qarşıdurmaya çevrildi. Bu münaqişə nəticəsində Azərbaycan Respublikasının Qarabağ məntəqəsi və onun ətrafındakı yeddi rayon Ermənistan qüvvələrinin nəzarəti altında keçdi.

Rusiya, Fransa və Amerikanın həmsədrlikləri altında olan ATƏT-in Minsk qrupunun bu münaqişənin dinc həlli üzrə beynəlxalq vasitəçiliyi indiyədək nəticəsiz qalıbdır.

скачать dle 12.1
Geri qayıt