Azərbaycan təbii qaz ixracını artırıb

Azərbaycan təbii qaz ixracını artırıb
Bu ilin 3 rübündə Azərbaycandan 5 milyard 262 milyon 743 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) GunAz.az-a verilən məlumata görə, yanvar-sentyabr aylarında ixrac olunan təbii qazın dəyəri isə 1 milyard 28 milyon 245 min ABŞ dolları təşkil edib

Qeyd edək ki, keçən ilin doqquz ayında ölkədən 5 milyard 213 milyon 579 min kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 928 milyon 658 min dollar olub.

скачать dle 12.1
Geri qayıt