ABŞ Azərbaycandan Avropaya qaz kəmərinin tikintisini dəstəkləyir
ABŞ Şahdəniz yatağından Azərbaycan qazının avropaya nəqlini nəzərdə tutan qaz kəmərinin tikintisini dəstəkləyir.
GunAz.az-ın məlumatına görə, bunu brifinq zamanı ABŞ energetika naziri Rik Perri bildirib.
Perri qeyd edib ki, "ABŞ rəqabətin tərəfindədir": "Mən təsdiq edirəm ki, biz həmçinin digər - Azərbaycan qazının Xəzər regionundan Avropaya nəqlini nəzərdə tutan qaz borusunu dəstəkləyirik".