Dollar yeddi lirədən aşağı düşdü

Dollar yeddi lirədən aşağı düşdü

Türkiyə Mərkəzi Bankının qərarları və ölkə rəhbərliyinin açıqlamaları lirənin dəyərindəki ucuzalaşmanı dayandırıb.

GunAz.az xəbər verir ki, Bakı vaxtı ilə dünən saat 22:40-da 7 lirə səviyyəsinə yüksələn dollar səhər saatlarında 7,22 səviyyəsini test etsə də, Mərkəzi Bankın qərarlarından sonra ucuzlaşmağa başlayıb.

Dollar/lirə nisbəti əvvəlcə 6.60 səviyyəsinə geriləsə də, Bakı vaxtı ilə saat 10:00-dan 6,80 lirədən əməliyyat edilir.

Avroya gəlincə, Avropa Birliyinin valyutası lirəyə nisbətdə gücünü 1 faiz itirib. Bu gün səhər saatlarına avro lirə nisbəti 7,77 lirə təşkil edib. 

 

скачать dle 12.1
Geri qayıt