Azərbaycanda bu sahədə də artım var

Azərbaycanda bu sahədə də artım var
Bu ilin yanvar-may aylarında Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 12,4 faiz artaraq 179,5 milyon manat olub.

GunAz.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 2,0 dəfə, tikinti əhənginin istehsalı 31,7 faiz, sementin istehsalı isə 18,3 faiz artıb.

скачать dle 12.1
Geri qayıt