Altay diyarı Azərbaycandan iplik sap alacaq
Rusiyanın Altay diyarı Azərbaycandan iplik sap almaq niyyətindədir.
Gunaz.az xəbər verir ki, bu barədə "Report"-a Azərbaycan beynəlxalq qida sənayesi sərgisi və Azərbaycan beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Bakıda olan Rusiyanın Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakov bildirib.
Onun sözlərinə görə, "Lakasa-teks" şirkətinin nümayəndələri bu məqsədlə Bakıda olublar.
"İndi razılıqlar əldə olunub. Şirkət nümayəndələri 2012-ci ildə istifadəyə verilmiş toxuculuq zavodunda olublar. Onlar fabriki bəyəniblər. Hesab edirik ki, orada da saziş bağlanacaq və biz bu ipləri alacağıq", - V.Meşeryakov deyib.