Neft və benzin ehtiyatları azalır

Neft və benzin ehtiyatları azalır
ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 1,4 milyon barrel (0,3 faiz) azalaraq 432,4 milyon barrel olub.
Gunaz.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 800 min barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 2,2 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 1,5 milyon barrel (0,2 faiz) azalaraq 662 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 3,8 milyon barrel (1,6 faiz) azalaraq 232 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,4 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,2 milyon barrel aşağı düşmüşdü.
скачать dle 12.1
Geri qayıt