Azərbaycandan Gürcüstana 25 milyonluq elektrik enerjisi ixrac olunub

Azərbaycandan Gürcüstana 25 milyonluq elektrik enerjisi ixrac olunub
Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana 24 mln. 780,2 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında qeyd edilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə elektrik enerjisinin ixracı məbləğ baxımından 1 mln. 115,3 min dollar və ya 4,7% artıb.
Qeyd edək ki, ötən il Azərbaycandan Gürcüstana 23 mln. 664,9 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.
Gunaz.az
скачать dle 12.1
Geri qayıt