"Bitcoin" bu qiymətə qədər ARTDI

"Bitcoin"  bu qiymətə qədər ARTDI
Dünyanın əsas kriptovalyutası sayılan "bitcoin" bahalaşıb.

Gunaz.az xəbər verir ki, "bitcoin" son 24 saat ərzində 524 dollar və ya 5% bahalaşıb. Yəni, "bitcoin"in bu gün saat 08:54-ə olan qiyməti 11 min 007 dollara bərabər olub.

Sutka ərzində isə kriptovalyutanın ən yüksək qiyməti 11 min 171 dollara bərabər olub.

Son bir həftə ərzində isə "bitcoin" 1 104 dollar və ya 11,1% bahalaşıb.

скачать dle 12.1
Geri qayıt