Brent neftinin qiyməti 60 dollara yaxınlaşır
Dünya birjalarında neft sürətlə bahalaşır.
GUNAZ.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar və ya 0,23% artaraq 52,34 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,43 dollar və ya 0,73% artaraq 59,45 dollar olub. Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayının ortalarından etibarən ən yüksək həddə çatıb.