Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə Gömrük və Ticarət Nazirliyi arasında əldə edilmiş, gömrük sahəsində birgə komitənin yaradılmasına dair razılıq qüvvəyə minib. Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verilir.
Anlaşmanın qüvvəyə minməsi barədə qanun bu gün rəsmi mətbuatda dərc edilib və bundan sonra birgə komitənin yaradılmasına başlanılacaq.